Psixoterapevt və münasibət mütəxəssisi Ester Perel hesab edir ki, hər bir xəyanət hadisəsinin özünəməxsus xüsusiyyətləri olsa da, onların hamısının altında yatan ortaq səbəb eynidir: münasibətlərin canlılığını itirməsi.
E-saglam.az xəbər verir ki, Perel “The Telegraph”a açıqlamasında bildirib ki, xəyanət çox vaxt tərəfdaşlardan birinin rədd edildiyini, laqeyd qalındığını və ya emosional uzaqlaşmanı hiss etməsi ilə əlaqəlidir. Onun sözlərinə görə, bir çox insanlar evli olduqları halda belə, özlərini tənha hiss etdikləri üçün xəyanətə əl atırlar. Bəzən isə aldatmanın səbəbləri birbaşa münasibətdəki problemlərlə yox, şəxsi psixoloji və emosional təcrübələrlə bağlı olur.