2014-cü ildən fəaliyyət göstərən Ölkə.Az bu illər ərzində Azərbaycanın aparıcı xəbər mənbələrindən birinə çevrilib.
E-saglam.az xəbər verir ki, gündəlik xəbərlər, təhlillər, müsahibələr və reportajlarla oxucularını məlumatlandıran Ölkə.Az etibarlı və obyektiv informasiya təmin etmək missiyasını uğurla yerinə yetirir.
11 il ərzində Ölkə.Az xəbər saytı jurnalistikada peşəkarlıq və obyektivlik prinsiplərini rəhbər tutaraq, oxucularının etimadını qazanıb. Bu müddət ərzində saytı oxuyanların dəstəyi və sədaqəti Ölkə.Az-ın böyüməsinə və inkişafına böyük təkan verib. Bu səbəbdən Ölkə.Az kollektivi oxuculara sonsuz təşəkkürlərini bildirir.
E-saglam.az olaraq gələcək fəaliyyətinizdə daha böyük uğurlar və davamlı inkişaf arzu edirik!