Sağlamlıq
Ömrü uzatmaq və sağlam qalmaq üçün
Sağlamlıq
99

Ömrü uzatmaq və sağlam qalmaq üçün sübut olunmuş yollar

Avropa Tibb Mərkəzinin endokrinoloqu Georgi Msxalaya bildirib ki, uzun və sağlam ömür üçün əsas amil həyat tərzinin dəyişdirilməsidir.

E-saglam.az-ın məlumatına görə, onun sözlərinə görə, xüsusilə visseral piylər — daxili orqanların ətrafında toplanan yağlar — qocalmanı sürətləndirir və bir çox xəstəliklərin inkişaf riskini artırır. Bu yağların azalması sistemli iltihabı zəiflədir, maddələr mübadiləsini normallaşdırır və sağlamlıq müddətini uzadır.

Həkim vurğulayıb ki, profilaktik təbabətdə yuxunun, qidalanmanın və psixoloji vəziyyətin normallaşdırılması əsas prioritetdir. Genetik skrininq isə ürək-damar, onkoloji və 2-ci tip şəkərli diabet kimi xəstəliklərə meyli vaxtında müəyyən etməyə imkan verir.

Bundan əlavə, mütəmadi biokimyəvi analizlər, vitamin-mineral balansının, hormonal göstəricilərin və iltihab markerlərinin izlənməsi vacibdir. Bu yanaşma sayəsində xəstəliklər hələ əlamətlərini göstərməmişdən əvvəl aşkar edilə bilər. Vaxtında görülən tədbirlər isə həm sağlamlığı qoruyur, həm də ömrün keyfiyyətini artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun