Tibbi xəbərlər
Prezident Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna
Tibbi xəbərlər
101

Prezident Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyin etdi

Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edilib.

E-saglam.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Nazim Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent, 2019-cu ildə professor elmi adını alıb. Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə heyətinin üzvüdür. Səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib. 7 noyabr 2016-cı ildən 11 oktyabr 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb. Səhiyyə nazirinin 12 oktyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun