Qidalanma
Qarpızın təhlükəsiz gündəlik qəbulu açıqlandı -
Qidalanma
176

Qarpızın təhlükəsiz gündəlik qəbulu açıqlandı - Yarım kilo yeyə bilərsiniz

Diyetoloq Anton Polyakov qarpızın gündə nə qədər yeyilməsinin təhlükəsiz olduğunu açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərini aif.ru yayıb.

Mütəxəssisin sözlərinə görə, qarpızın qəbul miqdarı onun keyfiyyətindən asılıdır. Əgər tərkibində nitrit və digər kimyəvi maddələr yoxdursa, sağlam insanlar üçün gündə orta hesabla 400-500 qram qarpız yemək təhlükəsiz sayılır.

Bu həcm qarpızın su tərkibi və fruktoza miqdəri nəzərə alınaraq hesablanıb. Dietoloq əlavə edib ki, bir qarpız dilimi təxminən 150 qramdır. Bu isə o deməkdir ki, gündə üç-dörd iri dilim qarpız yemək olar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun