Tibbi xəbərlər
Qırmızı göz riskinə qarşı
Tibbi xəbərlər
201

Qırmızı göz riskinə qarşı qoruyucu eynək tövsiyə olunur

Prof. Dr. Sevil Karaman hovuzda və ya dənizdə üzən uşaqlarda “qırmızı göz” adlanan göz infeksiyası və allergiya riskinin artdığını bildirib.

E-saglam.az xəbər verir ki, o, qorunma üçün ən vacib qaydanın üzə tam oturan və ultrabənövşəyi (UV) şüalarından qoruyan üzgüçülük eynəklərinin istifadəsi olduğunu vurğulayıb.

Mütəxəssis həmçinin üzgüçülükdən sonra gözlərin təmiz su ilə yuyulmasını, narahatlıq olduqda isə həkimə müraciət edilməsini tövsiyə edib. Karamanın sözlərinə görə, bəzən ailələr dənizi hovuzdan daha təhlükəsiz hesab edib eynəksiz üzməyə üstünlük verirlər, lakin bu yanlış fikirdir. Çünki dənizdə də mikroblar və bakteriyalar mövcuddur.

O bildirib ki, eynək seçərkən uşağın üzünə tam uyğun olması vacibdir. Əgər boşluqlar qalırsa, eynək sürüşəcək, çox sıx olarsa isə uşaq narahatlıq hiss edəcək.

Karaman əlavə edib ki, hər göz qızarması infeksiya və ya allergiya ilə bağlı olmur. Buna görə də diaqnozu yalnız həkim qoymalıdır və lazım gələrsə uyğun damcılarla müalicə aparılmalıdır. Onun sözlərinə görə, hovuz və ya dəniz kənarında eynək çıxarılsa belə, gözləri günəş şüalarından qorumaq üçün uşaqların UV filtrli gün eynəkləri taxması vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun