Xəbərlər
Satışda olan saxta məhsulları necə ayırd edək?
Xəbərlər
614

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

“İstehlakçı aldığı məhsulun etiketinə nəzər etməli və üzərində yazılan məlumatı ətraflı oxumalıdır”.

E-saglam.az xəbər verir ki, bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O, saxta məhsulların satışı ilə məşğul olanların İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, 6 000 manata qədər cərimə olunduğunu bildirib.

“Əmtəə bazarlarında olan məhsulların 80%-nin sənədi olmadığı üçün istehlakçı məhsulun sənədini və mənşəyinə aid sertifikatını tələb etməkdə çətinlik çəkir”, - Eyyub Hüseynov qeyd edib. 

Ətraflı videosüjetdə:

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun