Sağlamlıq
Səhər qəhvəsinin
Sağlamlıq
112

Səhər qəhvəsinin inanılmaz faydası

Sağlam səhər yeməyi artıq çəki ilə mübarizədə kömək edir və səhər qəhvə faydalı ola bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq Yuliya Çexonina bu barədə "KP.RU" nəşri ilə danışıb.

Həkimin sözlərinə görə, günə həzmi başlamağa kömək edən bir stəkan su və bir fincan qəhvə ilə başlamaq faydalıdır. "Bu canlandırıcı içki qan damarlarına müsbət təsir edir və fəaliyyətimizi sürətləndirir. Kofein mədəni stimullaşdırır, bu da həzmə müsbət təsir göstərir", - Çexonina onun faydaları barədə deyib.

O, oyandıqdan sonra yarım saatdan gec olmayaraq səhər yeməyi yeməyi tövsiyə etdi - bunun üçün əvvəlcədən lazımi məhsulları hazırlamalısınız.

Diyetoloq qeyd etdi ki, yüksək protein tərkibli məhsullar ilk yemək üçün uyğundur: yumurta, kəsmik və ya qatıq.

Səhər yeməyində sıyıq yeyənlərə şəkər əvəzinə giləmeyvə və ya quru meyvələr əlavə etməyi məsləhət gördü.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun