Qidalanma
Türkiyə istehsalı şokoladlar geri çağırılır:
Qidalanma
314

Türkiyə istehsalı şokoladlar geri çağırılır: 5 nəfər xəstəxanalıq olub

ABŞ-da satılan Türkiyə mənşəli "Dubay şokoladı" adlı məhsulda salmonella bakteriyası aşkarlanıb.

E-saglam.az xəbər verir ki, zəhərlənmə halları qeydə alındıqdan sonra məhsul tez bir zamanda bazarlardan geri çağırılmağa başlanılıb. Məlumata görə, 4 nəfər xəstələnib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Salmonella təhlükəsi

Məhsulun istehsalçısı Türkiyədə yerləşən Emek Gıda şirkətidir. Şokoladlar əsasən kadayıf və fıstıqla zəngin pastalar şəklində təqdim olunub və ABŞ-ın 30 ştatında satışda olub. Minnesota Kənd Təsərrüfatı Departamenti tərəfindən iyulun 14-də aparılan rutin yoxlama zamanı məhsulda salmonella bakteriyası aşkarlanıb.

Salmonella bakteriyası xüsusilə uşaqlar, yaşlılar və zəif immun sistemli şəxslər üçün ciddi təhlükə yaradır. Bu infeksiya ürəkbulanma, ishal, qusma və yüksək hərarət kimi simptomlarla özünü göstərir.

30 ölkəyə ixrac olunub

Səlahiyyətli qurumlar istehlakçılara xəbərdarlıq edərək, adıçəkilən məhsulu istifadə etməməyə çağırıb. Zərərli məhsulların satışdan çıxarılması və geri çağırılması prosesi artıq başlanıb. Şokoladın yalnız ABŞ-da deyil, 30 fərqli ölkəyə ixrac olunduğu da açıqlanıb.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir və bütün zərərli məhsulların geri qaytarılması üçün beynəlxalq tədbirlər görülür.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun