Xəbərlər
ÜHST Azərbaycanın quş qripindən azad olma statusunu
Xəbərlər
170

ÜHST Azərbaycanın quş qripindən azad olma statusunu təsdiqlədi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirir.

Bu barədə E-saglam.az-a AQTA-dan xəbər verilib. Bildirilib ki, ölkənin yüksək patogen quş qripindən azad olma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib və müvafiq məlumatlar təşkilatın rəsmi internet səhifəsində yayımlanıb. (https://www.woah.org/app/uploads/2024/11/2024-11-azerbaijan-hpai-selfd-a.pdf)

Belə ki, ÜHST tərəfindən xəstəlikdən azad olma statusunun təsdiq edilməsi ölkəmizdən quşçuluq məhsullarının ixracına olan ən böyük maneələrdən birinin götürülməsinə və quşçuluq sektoruna aid məhsulların ixracının asanlaşmasına səbəb olacaq. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun