Tibbi xəbərlər
Yumurtlama prosesi qadın orqanizminə
Tibbi xəbərlər
110

Yumurtlama prosesi qadın orqanizminə necə təsir edir?

Ginekoloq-reproduktoloq, tibb elmləri namizədi Tatyana Qvozdikova izah edib ki, yumurtlama qadın orqanizmində hormonlar və bədən funksiyalarında bir sıra dəyişikliklərə səbəb olan təbii bir prosesdir.

E-saglam.az xəbər verir ki, o, Lenta.ru-ya menstruasiya dövrünün bu mərhələsinin qadın orqanizminə necə təsir etdiyini deyib.

Həkim bildirib ki, yumurtlama zamanı qadın orqanizmində luteinizing hormon (LH) kəskin şəkildə artır və bu, estrogen və progesteron səviyyələrinin yüksəlməsinə səbəb olur. Bu hormon dəyişikliyi nəticəsində qadın özünü daha enerjili və güclü hiss edir, cinsi istəyi artır, dərisinin və saçının vəziyyəti yaxşılaşır.

Bundan əlavə, yumurtlama dövründə bir çox qadın daha iti qoxu və səs hissiyyatı, daha tez reaksiya vermə, düşüncə aydınlığı və asan qərarvermə qabiliyyəti yaşayır. Həkimin sözlərinə görə, bu dövr qadını qısa müddətlik daha cəlbedici və enerjili edən bir hormonal yüksəlişdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun