Xəbərlər
10 il eyni termosdan istifadə edən kişi öldü,
Xəbərlər
202

10 il eyni termosdan istifadə edən kişi öldü, səbəbi isə...

Tayvanda uzun illər eyni termosdan istifadə edən kişi zəhərlənərək ölüb.

E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, adı açıqlanmayan kişi təxminən bir il əvvəl səhhətində problemlər yaşamağa başlayıb. 

Xəstəxanaya gedəndə qan analizləri onun orqanizmində ağır metalların yüksək olduğunu üzə çıxarıb.

Həkimlər ağır metaldan zəhərlənmənin mənbəyini araşdırarkən məlum olub ki, həmin şəxs son 10 ildə hər gün eyni termosdan istifadə edib.

Termosun daxili səthində əmələ gələn pas metalın içkilərə qarışmasına səbəb olub. Xüsusilə qəhvə, çay və meyvə şirəsi kimi turşulu içkilərin termosda saxlanması metalın əriyib içkilərlə qarışmasına şərait yaradıb.

Termosdan ağır metal sızmasının dəqiq nə vaxt başladığı bilinməsə də, xəstəxanaya gələndə kişinin orqanizmində yığılan toksinlər artıq onun immun sistemini zəiflətmişdi.

Həkimlərin sözlərinə görə, ağır metallarla zəhərlənmə immun sisteminə ciddi ziyan vurub və bu da kişidə pnevmoniyaya səbəb olub. Bədəndə ağır metalın yığılması onun infeksiyaya qarşı müqavimətini azaldıb və bütün müdaxilələrə baxmayaraq, kişi diaqnozdan sonra bir il ərzində dünyasını dəyişib.

Səhiyyə mütəxəssisləri qazlı içkilərin, xüsusilə kola kimi turşulu qazlı içkilərin paslı metal qabda uzun müddət saxlanmasının zəhərlənməyə səbəb olduğunu bildirir. Belə içkilər metalın əriməsini və içki ilə qarışmasını sürətləndirir. 

Mütəxəssislər deyir ki, termos seçərkən 304 keyfiyyətli paslanmayan poladdan hazırlanmış məhsullara üstünlük verilməlidir. O da qeyd olunur ki, termoslar turşulu içkiləri uzun müddət saxlamaq üçün uyğun deyil. Termosu mütəmadi olaraq təmizləmək və xüsusilə pas əlamətləri müşahidə edildikdə termosu istifadə etməmək həyati əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, bir termosu 2-3 ildən artıq istifadə etmək məsləhət görülmür.

Ölkə.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun