Tibbi xəbərlər
30 yaşlı qadın nadir dəri xəstəliyi səbəbindən
Tibbi xəbərlər
133

30 yaşlı qadın nadir dəri xəstəliyi səbəbindən diri-diri yanırmış kimi hiss edir

30 yaşlı Britaniya sakini Reyçel Bredford hamiləlik dövründə bədənində sirli və dəhşətli dəri problemləri ilə üzləşib. Onun dərisində yanığa bənzər qabarcıqlar və mavi-bənövşəyi ləkələr yaranıb.

E-saglam.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Bredfordun sözlərinə görə, hər şey hamiləliyin 24-cü həftəsində başlayıb. Əvvəlcə sadə qaşıntı ilə başlayan səpgilər getdikcə daha ağrılı və görünüşcə qorxulu hal alıb. “Elə hiss edirdim ki, sanki diri-diri yanıram. Ağrılar o qədər şiddətli idi ki, yalnız əlil arabasında hərəkət edə bilirdim,” – deyə o bildirib.

Qadın iddia edir ki, həkimlər onun vəziyyətinə düzgün diaqnoz qoya bilməyiblər və sadəcə doğuşdan sonra keçəcəyini bildiriblər. “Ağrının dayanması üçün dua edirdim. Elə bilirdim ki, heç kim məni eşitmir, ciddiyə almır,” – deyə Bredford şikayətlənib.

Doğuşdan sonra da simptomlar keçməyib və nəhayət doqquz ay sonra qadına nadir rast gəlinən eritromelalgiya diaqnozu qoyulub. Bu xəstəlik qan damarlarındakı anormal genişlənmə ilə xarakterizə olunur və dəriyə qan axınının pozulması ilə müşayiət edilir. Hazırda Reyçel vəziyyətini yüngülləşdirmək ümidi ilə xüsusi müalicə və dərman qəbul edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun