Tibbi xəbərlər
30 yaşlı qadının barmağındakı ağıllı üzük xərçəngi
Tibbi xəbərlər
124

30 yaşlı qadının barmağındakı ağıllı üzük xərçəngi həkimlərdən 8 ay tez aşkarladı

30 yaşlı amerikalı Keysi Ketti bədənindəki dəyişiklikləri izləmək üçün taxdığı ağıllı üzük sayəsində xərçəngi həkimlərdən 8 ay əvvəl müəyyən edib.

E-saglam.az-ın məlumatına görə, "Oura Ring" adlı bu geyinilə bilən texnologiya onun bədən istiliyi və ürək döyüntüsündə davamlı dəyişikliklər qeydə almış və tez-tez xəbərdarlıqlar göndərmişdi.

Keysi ilk olaraq bu simptomları menstrual dövrü ilə əlaqələndirsə də, gecə tərləmələri və halsızlıq kimi əlamətlər artmağa başladı. Bir neçə həkimə müraciət etsə də, diaqnoz qoyula bilmədi. Nəhayət, İslandiyada səfər zamanı təcili yardım otağına müraciət edən Kettidə "plevral effuziya" (ağciyərlərdə maye yığılması) və limfa düyünlərində böyümə aşkarlandı.

Bir sıra müayinələrdən sonra ona 4-cü mərhələ Hodgkin lenfoması diaqnozu qoyuldu və dərhal müalicəyə başlanıldı. Keysi hazırda kimyaterapiya və immunoterapiya alır və üzüyü onun müalicəyə necə reaksiya verdiyini izləməyə davam edir.

Mütəxəssislər bildirir ki, ağıllı üzüklər və saatlar kimi cihazlar erkən diaqnoz və sağlamlıq monitorinqi üçün əhəmiyyətli alətə çevrilə bilər. Lakin bu texnologiyalar hələ həkim diaqnozunun yerini tam tuta bilmir.

Keysi insanlara belə bir mesaj verir: “Bədəniniz sizə siqnallar göndərirsə, onu dinləyin. Hiss etdiyiniz hər dəyişiklik əhəmiyyətsiz olmaya bilər”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun