Tibbi xəbərlər
35-40 min manata olan TAVİ əməliyyatı niyə bu qədər bahadır? -
Tibbi xəbərlər
4925

35-40 min manata olan TAVİ əməliyyatı niyə bu qədər bahadır? - AÇIQLAMA

"Bu tibbin son nailiyyətlərindəndir, ona görə də bu qapaq çox bahadır".

Bu sözləri E-saglam.az-a açıqlamasında Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, invaziv kardioloq Üzeyir Rəhimov deyib.

Onun sözlərinə görə, əməliyyatın bahalı olma səbəbi (35 min AZN-dir) istifadə olunan materiala görədir: "Bu cür yeni texnologiyalar əsasən qərb ölkələrində tətbiq edilir ki, bu material qiymətləri o ölkələr üçün bahalı sayılmaz. 10 il əvvəl qapaq qiyməti 40 000 USD idi, indi yarıya enib, illərlə daha da enəcəkdir".

Ü.Rəhimov bildirib ki, TAVİ əməliyyatla müqayisədə daha komfortlu olması və xüsusilə də əməliyyat oluna bilməyəcək yaşlı-düşkün-yanaşı xəstəlikləri olan şəxslərə edildiyi, sinəsi yarılmadığı, prosedurda ürəyi dayandırılmadığı və 1-2 gün sonra pasiyentlərin evə yazılma səbəbiylə üstündür.

TAVİ nədir?

Keçmişdə olduğu kimi döş qəfəsini açmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur. 10 ildən artıqdır edilən bu prosedur zamanla texnoloji cəhətdən inkişaf edib və artıq bir çox xəstə yatızdırılmadan belə müalicə oluna bilir. Yeni texnologiyalarla edilən əməliyyatlardan 1-2 gün sonra belə evə buraxılma mümkün ola bilər. 

TAVİ proseduru nə deməkdir?

Bu prosedur iki fərqli adla tanınır:

TAVİ -Transkateter aorta qapağı implantasiyası 

TAVR -Transkateter aorta qapağının dəyişdirilməsi

TAVİ Qapağı Necə olur? 

TAVİ üsulu ilə yerləşdirilən aorta qapaqları bioloji qapaqlardır. Əsasən mal-qara və donuz qapaqlarından istifadə olunur. Onlar bəzi aşınmaya qarşı materiallarla örtülmüşdür. Metal stentə yerləşdirilən bu qapaqlar xəstə və daralmış aorta qapağının üzərinə balon köməyi ilə (Balon expandable) və ya öz-özünə genişlənən halda (Self expandable) yerləşdirilir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun