Böyük Britaniyada yaşayan 39 yaşlı qaçışçı Endi Spari təhlükəli xəstəlik səbəbindən bir ombasını itirib.
E-saglam.az xəbər verir ki, onun hekayəsi İspaniyanın “El Español” nəşrində dərc olunub.
Endi sol omba nahiyəsində kəskin ağrı və yanma hiss etdiyi üçün həkimə müraciət edib. Aparılan müayinələr nəticəsində ona üçüncü mərhələdə olan kolorektal xərçəng diaqnozu qoyulub.
Həkimlərin sözlərinə görə, bədxassəli şiş gluteal (omba) əzələyə yayılıb və bu səbəbdən həmin nahiyənin çıxarılması zəruri olub. Eyni zamanda xəstə bağırsaqlarının bir hissəsini itirib və qarın nahiyəsində nəcisin xaric olunması üçün kolostomiya açılıb.
Əməliyyatdan sonra Spari kimyaterapiya seansları keçib. Müalicənin son mərhələsində isə ona çanaq dibinin rekonstruksiyası üçün cərrahi müdaxilə olunub.
Tərcümə: Könül Oruc