Gözəllik-dəb
Cavanlaşdırıcı təsiri olan gözlənilməz məhsul
Gözəllik-dəb
202

Cavanlaşdırıcı təsiri olan gözlənilməz məhsul açıqlanıb

Piroqov Universitetinin Rusiya Gerontoloji Elmi və Kliniki Mərkəzinin Qocalmanın Tədqiqi İnstitutunun elmi işçisi Mixail Bolkov göbələklərin tərkibində orqanizmi qocalmadan qoruma potensialına malik maddənin olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, o, Gazeta.Ru-ya verdiyi müsahibədə bəzi göbələkləri gəncliyi qoruyan təsiri ilə fərqləndirib.

Bolkovun sözlərinə görə, xüsusilə xanterel, ağ göbələk, boletus və bal göbələklərinin tərkibində erqotionin adlı maddə var. Bu maddə geroprotektor kimi tanınır, yəni hüceyrələri qocalmadan qoruyur və orqanizmdəki iltihabı azalda bilir.

Bununla belə, mütəxəssis xəbərdarlıq edib ki, göbələklər ehtiyatla istifadə olunmalıdır. “Onların həzmi ideal deyil, sənaye ərazilərində yetişən göbələklər ağır metallar və digər zərərli maddələri özünə çəkə bilər. Üstəlik, yeməli və zəhərli göbələkləri ayırd etmək çox zaman çətindir, hətta təcrübəli insanlar belə bu məsələdə səhvə yol verə bilər”, – deyə Bolkov qeyd edib.

O əlavə edib ki, erqotionin yalnız göbələklərdə deyil, bəzi giləmeyvə və göyərtilərdə də mövcuddur, buna görə də bu məhsullar balanslı pəhrizdə mütləq yer almalıdır. Bolkov qocalma ilə mübarizədə fiziki aktivlik və düzgün qidalanmanı əsas silahlar adlandırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun