Tibbi xəbərlər
Alimlər şərab tullantılarının (toxum, üzüm qabığı) faydalarını
Tibbi xəbərlər
336

Alimlər şərab tullantılarının (toxum, üzüm qabığı) faydalarını aşkar ediblər - ARAŞDIRMA

Meksikanın Nuevo-Leon Muxtar Universitetinin alimləri şərab tullantılarının (toxum, üzüm qabığı) antitümör, antioksidan, mikrob və yaşlanma əleyhinə xüsusiyyətlərə malik olduğunu aşkar ediblər.

E-saglam.az xəbər verir ki, onlardan yeni qida və kosmetik məhsullar hazırlamaq üçün istifadə oluna bilər. Araşdırmanın nəticələri Foods jurnalında dərc olunub .

Tədqiqatçılar müəyyən ediblər ki, şərab tullantılarında üç növ polifenol var - fenolik turşular, flavonoidlər və qeyri-flavonoidlər. Bunlar insan orqanizmi üçün bir sıra faydalı xüsusiyyətlərə malik olan xüsusi bitki birləşmələridir. Onlar bədəndəki iltihabı azalda, daha güclü immunitet sistemini təşviq edə və qocalma prosesini ləngidə bilər.

Yaşlanma əleyhinə xüsusiyyətlər polifenolların hüceyrələri sərbəst radikallar - oksigenin xüsusi reaktiv formaları tərəfindən oksidləşdirici stressdən (zədədən) qorumaq qabiliyyəti ilə bağlıdır.

Alimlər təklif edirlər ki, şərab tullantılarının qurudulması, toz halına salınması və məsələn, qatıqlara əlavə edilməsi onlarda probiotiklərin saxlanmasını yaxşılaşdıra bilər. Probiotiklər insanlar üçün patogen olmayan və normal bağırsaq mikroflorasını bərpa edə bilən, patogen və fürsətçi bakteriyalara zərərli təsir göstərən mikroorqanizmlərdir.

Tədqiqatçılar həmçinin, bu cür tozdan istifadə edərək kosmetika istehsal oluna biləcəyini də irəli sürüblər. Polifenollar ultrabənövşəyi radiasiyanın yaratdığı zədələrdən qorunmaq üçün günəşdən qoruyucu kremlərdə istifadə edilə bilər.

Qeyd edək ki, nar qabığı və toxumlarından alınan ekstraktların qan təzyiqini aşağı sala biləcəyi daha əvvəl aşkar edilmişdir .

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun