Tibbi xəbərlər
Alimlər ürək və damar xəstəlikləri riskini azaldan giləmeyvəni
Tibbi xəbərlər
145

Alimlər ürək və damar xəstəlikləri riskini azaldan giləmeyvəni açıqlayıb

Yeni bir araşdırmaya görə, çiyələk yemək yaxşılaşdırılmış idrak funksiyası, aşağı qan təzyiqi və artan antioksidan qabiliyyəti də daxil olmaqla bir sıra sağlamlıq faydaları təmin edə bilər.

E-saglam.az xəbər verir ki, tədqiqat zamanı iştirakçılar səkkiz həftə ərzində gündə iki porsiya çiyələk yeyiblər. Bu, koqnitiv emal sürətinin 5,2% artması, qan təzyiqinin 3,6% azalması və ümumi antioksidan qabiliyyətinin 10,2% artması ilə nəticələndi. Bel ətrafı da 1,1% azalıb.

Araşdırmanın aparıcı müəllifi Şirin Xuşmənd deyib:

"Təcrübəmiz göstərir ki, bu giləmeyvə yemək hipertoniya kimi ürək-damar xəstəlikləri üçün risk faktorlarını azaltmağa kömək edə bilər".

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun