Tibbi xəbərlər
Almaniya “AstraZeneca” peyvəndlərini yoxsul ölkələrə bağışlayacaq
Tibbi xəbərlər
130

Almaniya “AstraZeneca” peyvəndlərini yoxsul ölkələrə bağışlayacaq

Almaniya 1,3 milyon dozalıq “AstraZeneca” peyvəndini aşağı gəlirli ölkələrə bağışlayacaq.

E-saglam.az xəbər verir ki, bunu ölkə hökumətinin sözcüsü Ulrike Demmer mətbuat konfransı zamanı bəyan edib.

O, qeyd edib ki, artıq vaksinlərin BMT-nin COVAX proqramı çərçivəsində Sudan, Efiopiya, Əfqanıstan, Tacikistan, Özbəkistan kimi ölkələrə çatdırılmasına başlanılıb.

Məlumat üçün bildirək ki, Almaniya bugünədək 18 milyon doza “AstraZeneca” peyvəndi əldə edib./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun