Tibbi xəbərlər
Arı zəhəri bu xərçəng növünü məhv edir:
Tibbi xəbərlər
144

Arı zəhəri bu xərçəng növünü məhv edir: Tibbi aləmdə dönüş nöqtəsi

Avstraliyada aparılan bir araşdırma arı zəhərinin bəzi xərçəng növlərinə qarşı çox təsirli ola biləcəyini ortaya çıxarıb.

E-saglam.az-ın məlumatına görə, Harri Perkins Tibbi Tədqiqatlar İnstitutunun alimləri arı zəhərinin, xüsusilə də aqressiv döş xərçəngi hüceyrələrini öldürdüyünü müəyyən ediblər. Bu xəstəlik, dəri xərçəngləri istisna olmaqla, qadınlar arasında ən çox yayılan xərçəng növüdür.

Melittin adlı maddə xərçəngə qarşı güclü təsir göstərir

Bal arısının zəhərində olan əsas maddə melittin adlanır. Bu maddə xərçəng hüceyrələrinin membranında deşiklər açaraq onların məhv olmasına səbəb olur. Tədqiqatlarda göstərilib ki, tək bir iynə altı saat ərzində xərçəng hüceyrələrini öldürə və bu təsir bir həftəyə qədər davam edə bilər.

Daha da önəmlisi, bu müalicə normal hüceyrələrə ciddi zərər vermir.

Təbii zəhər, süni şəkildə hədəflənir

Araşdırmanı aparan Dr. Edina Vanq bildirib ki, melittin təbii şəkildə zəhərli və allergik ola bilər. Buna görə də onlar melittinin hədəflənmiş formasını hazırlayıblar. Bu forma yalnız xərçəng hüceyrələrinə təsir edir və sağlam hüceyrələri qoruyur.

Aqressiv xərçəng növlərinə qarşı daha təsirlidir

Melittinin ən maraqlı tərəfi ondan ibarətdir ki, o, üçlü mənfi döş xərçəngi (TNBC) kimi çox aqressiv xərçəng növlərinə qarşı daha güclü təsir göstərir. Hal-hazırda bu növ üçün təsdiqlənmiş xüsusi müalicə üsulu yoxdur.

Yumurtalıq xərçəngi üçün də ümidvericidir

Tədqiqatçılar eyni metodu yumurtalıq xərçəngi üzərində də sınaqdan keçirirlər. İlk nəticələr göstərir ki, hədəflənmiş melittin bu hüceyrələrə qarşı altı dəfə daha güclü təsir edir.

Təhlükəsizlik testləri davam edir

Minnesota Universitetindən Dr. Robert Clarke bu nəticələrin ümidverici olduğunu desə də, təhlükəsizliklə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu qeyd edib. Laboratoriyada əldə edilən nəticələr hər zaman real həyatda eyni təsiri göstərmir.

Kimyaterapiya ilə yanaşı istifadə edilə bilər

Bu müalicə üsulu hazırda istifadə olunan kimyaterapiya və radioterapiyanı əvəz etmir, lakin yan təsirləri azaltmaqmüalicəni gücləndirmək üçün tamamlayıcı üsul kimi istifadə edilə bilər. Əgər təsdiqlənərsə, bəzi dərmanların yerini də ala bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun