Tibbi xəbərlər
Alzheimer xəstəliyi üçün güclü ümid:
Tibbi xəbərlər
121

Alzheimer xəstəliyi üçün güclü ümid: litium orotat yaddaşı bərpa edə bilər

ABŞ-da alimlər Altsheymer xəstəliyinə qarşı çox ümidverici bir maddə kəşf ediblər. Bu maddənin adı litium orotatdır. Alimlərin fikrincə, bu maddə beyin hüceyrələrini qoruyur, yaddaşı gücləndirir və hətta Altsheymerin təsirlərini geri qaytara bilər.

E-saglam.az-ın məlumatına görə, litium orotat əvvəllər bəzi psixoloji xəstəliklərin müalicəsində istifadə olunub. İndi isə araşdırmalar göstərir ki, bu maddə Altsheymer xəstəliyinin inkişafını dayandıra və ya yavaşlada bilər.

Tədqiqatlar hələ erkən mərhələdədir. Siçanlar üzərində aparılan təcrübələrdə bu maddənin müsbət təsirləri görülüb. İndi alimlər insan üzərində də testlər keçirməyə hazırlaşırlar.

Alimlər deyir ki, litium orotat beyin hüceyrələri arasında əlaqəni yaxşılaşdırır və zərərli maddələrin toplanmasının qarşısını alır. Bu da yaddaşın zəifləməsinin qarşısını ala bilər.

Amma vacib bir xəbərdarlıq var:

Bu maddə apteklərdə əlavələr kimi satılsa da, özbaşına istifadə etmək təhlükəli ola bilər. Çünki litium bədəndə yığıla və zərər verə bilər. Ona görə də, bu maddəni ancaq həkim nəzarəti ilə istifadə etmək lazımdır.

Bu kəşf hələ son nəticə deyil, amma gələcəkdə Altsheymer xəstələri üçün böyük bir ümid ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun