Tibbi xəbərlər
Azərbaycan bir neçə dövlətə yüz minlərlə peyvəndi pay verib
Tibbi xəbərlər
239

Azərbaycan bir neçə dövlətə yüz minlərlə peyvəndi pay verib

“Peyvəndlərin qiyməti kommersiya sirridir. Təbii ki, söhbət külli miqdarda məbləğdən gedir”.

E-saglam.az xəbər verir ki, bunları səhiyyə nazirinin birinci müavini Teymur Musayev “Real TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə bir neçə dövlətə yüz minlərlə peyvənd pay verilib: "Bu da bizim humanist dövlət olmağımızı bir daha sübut edir. Bəzi ölkələrdə peyvəndlər ancaq öz vətəndaşlarına vurulur. Lakin bizim ölkədə bir çox diplomatik nümayəndələr, Azərbaycanda yaşamaq icazəsi olan xarici vətəndaşlar, təhsil almağa gələnlər peyvənd edilir”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun