Tibbi xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən ARTDI
Tibbi xəbərlər
280

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən ARTDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 2 092 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 556 430 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 518 105 nəfər müalicə olunaraq sağalıb, 7 397 nəfər vəfat edib. 30 928 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 193, bu günə qədər isə ümumilikdə 5 334 410 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun