Xəstəliklər
Azərbaycanda qarayara, vərəm və sifilisə yoluxma halları
Xəstəliklər
250

Azərbaycanda qarayara, vərəm və sifilisə yoluxma halları azalıb? - AÇIQLAMA

Ötən ilin 11 ayı ərzində Azərbaycanda qarayara, vərəm və sifilisə yoluxma halları azalıb.

Bu barədə E-saglam.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb.

Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun