Xəstəliklər
Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı
Xəstəliklər
270

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

1987-ci ildən 2023-cü ilin sonuna qədər Azərbaycanda 9 258 İİV xəstəsi rəsmi qeydiyyata alınıb.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.

O bildirib ki, həmin şəxslərdən 69,5 %-i kişilər, yerdə qalanı isə qadınlardır: "Digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV-lə xəstələnmə göstəricisi ən aşağı səviyyədədir. Bundan başqa, mərkəzdə qeydiyyatda olan hamilələrin hamısının dünyaya gətirdiyi körpələr sağlam olub, yəni qadınların heç birində xəstə körpə doğumu qeydə alınmayıb”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun