Tibbi xəbərlər
Bakıda yeni tibb müəssisəsi inşa edilir -
Tibbi xəbərlər
79

Bakıda yeni tibb müəssisəsi inşa edilir - 26 milyon manata

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin II mərhələsi üzrə hazırlıqlar yekunlaşıb.

E-saglam.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətindən məlumat əldə edib.

Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamına 18 milyon 470 min manat vəsait sərf olunacaq. Bununla bağlı nazirliklə tikinti işlərini həyata keçirən podratçı şirkət arasında yeni müqavilə bağlanılıb.

Xatırladaq ki, müəssisənin birinci mərhələ üzrə tikintisinə 2023-cü ilin sonlarında start verilib və tikinti işlərinin icrası “Uni KO” MMC həvalə olunub. Açıqlanan rəsmi məlumata görə, tibb müəssisəsinin birinci mərhələ üzrə tikintisinə 7 milyon 380 min manat sərf olunub.

Beləliklə, İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisi ilə bağlı indiyədək şirkətlə dəyəri 26 milyon manata yaxın olan iki nəhəng müqavilə bağlanılıb.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun