Faydalı
Soyuducunun qapısında hansı məhsulları
Faydalı
66

Soyuducunun qapısında hansı məhsulları saxlamaq olar?

Soyuducunun qapısında hansı qidaların saxlanıla biləcəyi açıqlanıb.

E-saglam.az xəbər verir ki, Rospotrebnadzor bildirib ki, bura cihazın ən isti hissəsi olsa da, bəzi məhsullar burada keyfiyyətini itirmir.

Bal, mürəbbə, souslar, qablaşdırılmış şirələr, qazlı su, içməli qatıqlar və bitki südü qapıda saxlana bilər. Şərt odur ki, qablaşdırma bütöv olsun.

Açılmış süd məhsulları və içkilər isə əsas kamerada saxlanmalıdır. Kərə yağı qapıda 2-3 gün qala bilər, amma uzun müddət üçün daha sərin yerə qoyulmalıdır.

Parmesan, Çedar, Quda kimi bərk pendirlər bağlaması açılmamış halda qapıda saxlanıla bilər. Açıldıqda isə perqamentə bükülüb soyuducunun soyuq hissəsinə keçirilməlidir.

Təbii qoruyucu maddələrə görə bal, mürəbbə və marmelad kiçik bankalarda qapıda qala bilər, lakin ev konservləri yalnız əsas bölmədə saxlanmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun