Faydalı
Təbiətin ən güclü antibiotiki:
Faydalı
60

Təbiətin ən güclü antibiotiki: Təsiri dərmanlarla yarışır

Sarımsaq əsrlərdir yalnız ləzzəti ilə deyil, sağlamlıq üçün faydaları ilə də tanınır.

E-saglam.az xəbər verir ki, hər gün bir diş çiy sarımsaq yemək bədənin immunitetini gücləndirə, ürək sağlamlığını dəstəkləyə və beyin funksiyalarını qorumağa kömək edə bilər.

İmmunitet üçün faydaları: Sarımsağın tərkibindəki allisin antibakterial, antiviral və antifungal xüsusiyyətlərə malikdir. Bu, soyuqdəymə, qrip və digər infeksiyalara qarşı mübarizədə bədəni dəstəkləyir.

Ürək və qan şəkəri üçün: Sarımsaq qan təzyiqini və xolesterini tənzimləyir, qan dövranını yaxşılaşdırır, insulin həssaslığını artırır və ürək xəstəlikləri riskini azaldır.

Beyin sağlamlığı: Antioksidantlarla zəngin olan sarımsaq qocalma ilə bağlı bilişsel geriləmənin qarşısını almağa, Alzheimer və demans riskini azaltmağa kömək edə bilər.

Həzm üçün: Çiy sarımsaq həzm fermentlərinin istehsalını stimullaşdırır, sağlam bağırsaq bakteriyalarını dəstəkləyir və qida maddələrinin daha yaxşı mənimsənilməsini təmin edir.

Qan təzyiqinə nəzarət: Sarımsaq damarları təmizləyir, iltihabı azaldır və ümumi ürək-damar funksiyasını yaxşılaşdırır.

Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət hesab edilə bilməz. Sağlamlıqla bağlı hər hansı narahatlıq üçün həkiminizlə məsləhətləşin.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun