Gözəllik-dəb
76 yaşlı aktrisa formada qalmaq
Gözəllik-dəb
79

76 yaşlı aktrisa formada qalmaq sirrini açıqladı

1980-ci illərin məşhur ulduzu Judith Light, 76 yaşında enerjili və canlı görünüşünü nizamlı həyat tərzinə bağlayır.

E-saglam.az-ın məlumatına görə, Monte Karlo Film Festivalında danışan aktrisa gündəlik rejimini izah edib.

O, hər gün 45 dəqiqə–1 saat məşq edir, yoqa və Pilates ilə elastiklik və gücünü qoruyur. Diz və omba protezləri səbəbilə hər gün 15 dəqiqə velosiped sürmək onun üçün vacibdir. Bu fəaliyyətlər ürək sağlamlığı, sümük sıxlığı və hərəkətlilik üçün faydalıdır.

Judith Light pəhrizinə diqqət edir, çoxlu meyvə və tərəvəz yeyir. Formada qalmaq onun üçün yalnız idman və pəhriz deyil; gözəllik daxildən gələn enerji ilə əlaqəlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun