Tibbi xəbərlər
Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək
Tibbi xəbərlər
140

Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsini birgə təşkilatçılığı ilə iyulun 5-i Aşura Günü münasibətilə qanvermə aksiyaları həyata keçiriləcək.

E-saglam.az xəbər verir ki, bunu nazirliyin Respublika Qan Bankının həkimi Günel Əliyeva bildirib.

O qeyd edib ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunacaq:

"Bu il ilk dəfə azad edilən ərazilərdə - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində qanvermə aksiyası keçiriləcək. Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var”.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun