Tibbi xəbərlər
Bu qarışım bütün növ qurdları
Tibbi xəbərlər
10314

Bu qarışım bütün növ qurdları tökür - Fizuli Hüseynovdan möhtəşəm resept

"Qurdlar əleyhinə bir neçə yazılarım olsa da, bu qarışım öz təsir spesifikliyinə görə daha genişdir".

Bu sözləri E-saglam.az-a açıqlamasında Fitoterapevt-həkim Dr. Fizuli Hüseynov deyib. Onun sözlərinə görə, bu qarışım həm lyambliya əleyhinə, həm askarid əleyhinə, həm də bizquyruq və başqa qurdlar əleyhinə (hansıki bağırsaqlarda parazitlik edir) çox təsirlidir.

Lazım olan bitkilər

Dağtərxunu (toz formasında) 50 qram

Zəncəfil (toz formasında) 30 qram

Balqabaq toxumu (toz formasında)  50 qram

Zəyərək (toz formasında) 20 qram

Səna yarpağı (toz formasında)  10 qram

Bitkilər toz formasında bir birinə qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı ağıza atılır üstdən 1 stəkan su içilir. Əgər bu qarışımı uşaqlara vermək istəsəniz 5 yaşa qədər uşaqlar yarım çay qaşığı, 5 yaşdan yuxarı uşaqlar 1 çay qaşığı, 10 yaşdan yuxarı uşaqlar isə 1 dolu çay qaşığı istifadə etməlidirlər. Əgər acılığı problem olsa 1 çay qaşığı qarışımı 1 çay qaşığı bal ilə qarışdırıb içilməlidir, bal ilə qarışdırıb saxlamaq olmaz çünki bu zaman bitkilərin acılığı bala keçir və qarışım acı dadır. Xatırladım ki, qarışımın tərkibindəki bitkilər həm ödqovucudur, həm də qurdqovucu ona görə öd yollarında parazitlik edən lyambliyalar əleyhinədə təsirlidirlər. Qarışımın içindəki zəyərək və səna  işlədici olduğundan ölmuş qurdların bağırsaqlardan tez xaric olmasına səbəb olur. Müalicə müddəti 2 həftədir. Qarışımdan istifadə etdikdə səpgilər və ya əlavə təsirlər olduqda istifadəni dayandırmaq lazımdır.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun