Gözəllik-dəb
Bunlar yaşlandığınızın xəbərçisidir:
Gözəllik-dəb
98

Bunlar yaşlandığınızın xəbərçisidir: Bədəndəki 7 əsas dəyişiklik

Yaş artdıqca bədəndə baş verən bəzi dəyişikliklər ciddi siqnallar verir.

E-saglam.az-ın məlumatına görə, Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin direktoru Olqa Tkaçeva bu dəyişiklikləri sadalayaraq, onların nəzərə alınmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, əzələ itkisi, piyin artması, damar divarlarının qalınlaşması, maddələr mübadiləsinin zəifləməsi və oksigenin mənimsənilməsindəki geriləmə yaşla əlaqəli əsas dəyişikliklərdəndir. Eyni zamanda insulin müqaviməti, pis xolesterinin artması və yaxşı xolesterinin azalması da diqqətdən yayınmamalıdır.

Həkim bildirir ki, qocalmanı tam dayandırmaq mümkün deyil, lakin onun təsirlərini yavaşlatmaq olar. Düzgün həyat tərzi, balanslı qidalanma və aktivlik sayəsində orqanizmi uzun müddət sağlam saxlamaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun