Tibbi xəbərlər
Həkim hər bir yaşlı insanın ehtiyac duyduğu
Tibbi xəbərlər
102

Həkim hər bir yaşlı insanın ehtiyac duyduğu vacib testləri açıqlayıb

Nefroloq Danila Pyrikov bildirib ki, hər bir yaşlı insan 5 əsas müayinədən keçməlidir.

E-saglam.az-ın məlumatına görə, o, "YouTube" kanalında onların adını çəkib.

Pyrikov tövsiyə etdi ki, qocalıqda lipid profili üçün qan testi aparılmalıdır, çünki ürək-damar risklərini qiymətləndirmək üçün yalnız ümumi xolesterol səviyyəsini bilmək kifayət deyil. Bundan əlavə, yaşlı insanlar kolorektal xərçəngi göstərə bilən nəcisdə gizli qan üçün test edilməlidir. Pyrikov insanları bir neçə ildən bir kolonoskopiya keçirməyə çağırıb.

O, kişilərə prostat xərçənginin inkişafını proqnozlaşdıra bilən prostata xas antigen üçün test verməyi tövsiyə edib. Pyrikov əlavə etdi ki, qadınlar mütəmadi olaraq ginekoloqa baş çəkməli və onkositologiya üçün yaxma götürməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun