Tibbi xəbərlər
Cahid Şahbazov haqda şikayətinə -
Tibbi xəbərlər
256

Cahid Şahbazov haqda şikayətinə - Anar Ağakişiyev də qoşuldu

Göz əməliyyatı olunmuş vətəndaş Humay Əliyeva görmə qabiliyyətini itirdiyini deyir.

E-saglam.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya qadın özü məlumat verib.

Tanınmış oftalmoloq Cahid Şahbazov tərəfindən əməliyyat edildiyini bildirən H.Əliyeva sol gözünün kor olduğunu iddia edir. Şikayətçinin sözlərinə görə, “Caspian Hospital”da adıçəkilən həkim tərəfindən gözünün yanlış müayinəsi aparılıb və səhv diaqnoz qoyulub: “Görmə qabiliyyətimi itirmişəm, əzələ və sinirlərim iflic olub, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertiza nəticəsində müəyyən olunub ki, əməliyyatdan əvvəl gözümdə Cahid Şahbazovun qoyduğu xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb. Bir çox faktların olmasına baxmayaraq, Səbail Rayon Prokurorluğunda araşdırılan iş hələ də məhkəməyə göndərilməyib. Xahiş edirəm ki, bu iş yekunlaşdırılaraq məhkəməyə göndərilsin. Mənim timsalımda Cahid Şahbazovun qurbanı olan yüzlərlə xəstə var. Onlara deyir ki, siz mənə heç nə edə bilməzsiniz, mənim çox güclü vəkillərim var”.  

H.Əliyeva eyni zamanda məsələni sosial şəbəkə hesablarında ictimailəşdirib. Maraqlıdır ki, qadının videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirib və oxşar problemlə üzləşdiyini qeyd edib: “Allah köməyiniz olsun. Demək olar ki, məni də bənzər vəziyyətə qoyub”.

İddialarla bağlı Cahid Şahbazovun mövqeyini öyrənməyə çalışdıq. Amma həkimin köməkçisi sözügedən informasiyadan xəbərdar olduqlarını desə də, Cahid Şahbazovun açıqlama vermək istəmədiyini əlavə etdi.

 

 

 

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun