Tibbi xəbərlər
Dırnaqlarımızdakı ağ ləkələrin
Tibbi xəbərlər
143

Dırnaqlarımızdakı ağ ləkələrin mənası çox fərqli imiş

Bir zamanlar dırnaqlarımızdakı kiçik ağ ləkələr uşaqlığımızın ən çox müzakirə olunan “sirrlərindən” biri idi.

E-saglam.az-ın məlumatına görə, kimi bunun vitamin çatışmazlığından, kimi isə “çox süd içmək lazım olduğuna” işarə etdiyini düşünürdü. Amma bu gün həmin izlər artıq o qədər də tez-tez görünmür. Bəs onları həyatımızdan az qala yox edən nə oldu?

Dırnaqlarda müşahidə edilən bu ağ ləkələr tibbi dildə leykonixiya adlanır və əksər hallarda zərərsizdir. Dermatoloqların sözlərinə görə, onların əsas səbəbi dırnaq matrisinin (dırnaq kökü) yüngül zədələnməsidir. Yəni dırnağa kiçik zərbə, təzyiq və ya dırnaq yemək kimi vərdişlər bu izlərin yaranmasına səbəb ola bilər. Vitamin və mineral çatışmazlığı birbaşa səbəb olmasa da, bəzi hallarda sink və kalsium azlığında da müşahidə edilə bilər.

Az görünməsinin səbəbləri

Mütəxəssislərə görə, bu dəyişimin bir neçə izahı var:

  • Daha balanslı qidalanma: Müxtəlif və sağlam qidaların daha çox istehlakı mineral çatışmazlığını azaldıb.

  • Artan dırnaq baxımı: Əl və dırnaq baxım məhsullarının geniş istifadəsi dırnaq köklərini qoruyur.

  • Zərərli vərdişlərin azalması: Dırnaq dişləmə və ya sərt səthlərlə tez-tez təmas vərdişlərinin azalması dırnaq sağlamlığını yaxşılaşdırıb.

Ağ ləkələr əksər hallarda zərərsizdir. Amma geniş yayılmış və təkrarlanan hallarda həkimə müraciət etmək vacibdir, çünki bu, göbələk infeksiyası, böyrək problemləri və ya ciddi mineral çatışmazlığı kimi sağlamlıq problemlərinin əlaməti ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun