Xəbərlər
Çimərlikdə yeniyetmə
Xəbərlər
166

Çimərlikdə yeniyetmə günvurmadan öldü

Sumqayıt şəhərində çimərlikdə ölüm hadisəsi baş verib.

E-saglam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 21-i saat 16 radələrində şəhər ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.

Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.

Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşib.

Araşdırma aparılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun