Sağlamlıq
Çimmə süngərlərindən istifadə risklidir:
Sağlamlıq
200

Çimmə süngərlərindən istifadə risklidir: Həkimdən xəbərdarlıq

Həkim Xorxe Anxel duş qəbul edərkən çimmə süngərlərindən istifadə əvəzinə əllərlə sabunlanmağı tövsiyə edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu vərdiş sağlamlıq üçün daha təhlükəsizdir.

Vanitatis-ə danışan mütəxəssis izah edib ki, çimmə süngərləri nəm mühitdə bakteriya və göbələklərin çoxalması üçün əlverişli şərait yaradır. Bu isə müxtəlif dəri infeksiyalarına, qıcıqlanmalara və pis qoxulara səbəb ola bilər.

“Əllə sabunlama daha gigiyenik və təhlükəsizdir. Əgər çimmə süngərindən imtina mümkün deyilsə, onu mütəmadi olaraq dəyişdirmək, hər istifadədən sonra yaxşıca sıxmaq və quru, havalandırılan yerdə saxlamaq vacibdir”, – deyə həkim əlavə edib.

Mütəxəssislər dəri sağlamlığını qorumaq üçün şəxsi gigiyena vasitələrinə diqqət yetirməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun