Xəbərlər
Çindən Azərbaycana idxal olunan
Xəbərlər
131

Çindən Azərbaycana idxal olunan 50 minə yaxın preparat məhv edilib

Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından nümunələr götürülərək müayinələrə cəlb edilib.

Bu barədə E-saglam.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26 min 900 ədəd 100 ml-lik (suspenziya) və 20 min 400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun