Faydalı
Dişləri ağardan təbii üsul:
Faydalı
364

Dişləri ağardan təbii üsul: cəmi 2 sadə maddə ilə evdə hazırlayın

Kimyəvi diş ağardıcı vasitələrdən istifadə etmək istəməyənlər üçün evdə tətbiq edilə bilən təbii alternativlər getdikcə daha çox maraq doğurur.

E-saglam.az xəbər verir ki, ev şəraitində rahatlıqla əldə edilən maddələrlə sağlam və parlaq bir təbəssümə qovuşmaq mümkündür. Mütəxəssislər bildirir ki, bu üsullar düzgün və şüurlu şəkildə tətbiq olunarsa, həm ağız sağlamlığını dəstəkləyə, həm də səthi ləkələrin təmizlənməsinə yardımçı ola bilər.

Dişləri təbii şəkildə ağardan 5 üsul:

1. Karbonat və limon suyu

Karbonatın yüngül aşındırıcı təsiri və limon suyunun turşu tərkibi diş səthindəki ləkələri azaltmağa kömək edə bilər. 1 çay qaşığı karbonatla bir neçə damcı limon suyunu qarışdırın və bu qarışığı həftədə 1-2 dəfə, qısa müddətlik tətbiq edin.

2. Kokos yağı

Laur turşusu ilə zəngin olan hindistan qozu yağı ağızda bakteriyaları və toksinləri azaldır. Gündə 15-20 dəqiqə ağızda çalxalama üsulu ilə istifadə edildikdə dişlərin həm sağlam, həm də parlaq görünməsinə kömək edə bilər.

3. Zərdəçal tozu

Təbii antibakterial təsiri ilə tanınan zərdəçal, su və ya yağla qarışdırılaraq diş pastası kimi istifadə oluna bilər. Həftədə 1-2 dəfə tətbiq edilməsi tövsiyə olunur.

4. Alma sirkəsi

Alma sirkəsi su ilə seyreldilərək ağız yaxalama məhlulu kimi istifadə oluna bilər. Antibakterial təsiri ilə ağız gigiyenasına dəstək verə bilər. Lakin turşuluq səbəbindən həftədə 1 dəfədən artıq istifadə tövsiyə edilmir, çünki diş minasına zərər verə bilər.

5. Meyvə qabıqları

Banan, portağal və limon kimi meyvələrin qabıqları sitrus turşusu tərkibli olduğundan dişlərin üzərinə sürtülərək ağardıcı təsir göstərə bilər. Amma bu üsul həssas diş səthlərində qıcıqlanmaya səbəb ola bilər və təsiri elmi cəhətdən tam sübut olunmayıb.

Vacib qeyd: Təbii üsullarla diş ağartma metodlarını istifadə etməzdən əvvəl diş həkimi ilə məsləhətləşmək tövsiyə olunur. Həddindən artıq və ya düzgün istifadə olunmayan tətbiqlər diş minasına zərər verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun