Qidalanma
Dünyanın ən ləzzətli dondurmaları açıqlanıb:
Qidalanma
201

Dünyanın ən ləzzətli dondurmaları açıqlanıb: Birinci yerdə hansıdır?

Dünya mətbəxləri və yerli yeməklər haqqında etibarlı məlumatlar təqdim edən məşhur qastronomiya platforması TasteAtlas "Dünyanın ən ləzzətli dondurmaları" adlı yeni siyahısını dərc edib. Bu reytinqə 50 ölkədən müxtəlif dondurma növləri daxil edilib.

E-saglam.az xəbər verir ki, siyahının zirvəsində isə Türkiyənin məşhur Maraş dondurması yer alıb.

Kahramanmaraşda hazırlanaraq özünəməxsus dadı və teksturası ilə tanınan bu dondurma, dünya miqyasında 49 rəqibini geridə qoyub. Maraş dondurmasının unikal xüsusiyyəti onun dövülmüş, dartıla bilən quruluşunda və salepli tərkibindədir.

Siyahının ikinci pilləsində ABŞ-nin Viskonsin ştatında hazırlanan “dondurulmuş krema”, üçüncü yerdə isə İtaliyanın məşhur “gelato al püstə” növü qərarlaşıb. ABŞ-nin digər bir klassik deserti olan “brownie sundae” səkkizinci pillədə yer alıb.

TasteAtlas-ın açıqladığı ən dadlı 10 dondurma belə sıralanır:

  1. Maraş dondurması – Kahramanmaraş, Türkiyə

  2. Dondurulmuş krema – Viskonsin, ABŞ

  3. Gelato alla püstə – İtaliya

  4. Qatılaşdırılmış qaymaqlı dondurma – Cornwall, İngiltərə

  5. Kulfi – Hindistan

  6. Limber – Puerto Riko

  7. Affogato – İtaliya

  8. Brownie Sundae – ABŞ

  9. Sorbetlər – Filippin

  10. Gelato alla nocciola – İtaliya

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun