Sağlamlıq
Əgər belə tualet kağızı istifadə edirsinizsə,
Sağlamlıq
15

Əgər belə tualet kağızı istifadə edirsinizsə, dərhal dayandırın!

Tualet kağızı gündəlik həyatımızın ayrılmaz bir hissəsidir. Lakin onun istehsalında istifadə olunan bəzi kimyəvi maddələr sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, kağızı yumşaq və xoş ətirli etmək üçün əlavə edilən maddələr bədənə zərər verərək müxtəlif xəstəliklərə yol aça bilər.

Mütəxəssislərin sözlərinə görə, yumşaqlığı təmin etmək üçün istifadə edilən formaldehid dəri, göz və boğazda qıcıqlanma yaradır, həssas bölgələrdə isə daha böyük problemlərə səbəb ola bilər. Əlavə edilən süni ətirlər pH balansını pozaraq infeksiyaların yaranmasına şərait yaradır.

Bu kimyəvi maddələr yalnız dəriyə deyil, həm də reproduktiv sağlamlığa mənfi təsir göstərir. Süni ətirlərdəki bəzi komponentlər qadınlarda allergik reaksiyalara və reproduktiv sistemlə bağlı ciddi fəsadlara səbəb ola bilər.

Təkrar emal edilmiş tualet kağızları da düşündüyünüz qədər təhlükəsiz deyil. Onların tərkibində çox vaxt Bisfenol A (BPA) olur ki, bu da hormon balansını pozaraq məhsuldarlığa ziyan vura bilər. Mütəxəssislər xüsusən uşaq sahibi olmaq istəyən qadınlara bu məhsullardan uzaq durmağı məsləhət görürlər.

Digər təhlükə isə ağartma prosesində istifadə olunan xlor və dioksinlərdir. Bu maddələr uzun müddətli istifadədə ciddi sağlamlıq riskləri yaradır.

Mütəxəssislər gigiyena üçün daha sağlam alternativlərdən istifadəyə çağırır. Onların fikrincə, bide və su əsaslı təmizləmə üsulları həm daha effektivdir, həm də dəriyə daha az zərər verir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun