Tibbi xəbərlər
Məşhur ağrıkəsici ürəyə
Tibbi xəbərlər
6

Məşhur ağrıkəsici ürəyə zərər verirmiş - Açıqlama

Populyar ağrıkəsicilərdən biri zərərli imiş.

E-saglam.az bildirir ki, bunu kardioloq Aurelio Rojas söyləyib.

O, ibuprofenin ürəyə zərər verə biləcəyini bildirib. Onun sözlərinə görə xüsusilə uzun müddət yüksək dozada qəbul edildikdə və ya orqanizm həssas olduqda, bu dərman ürək üçün təhlükəli ola bilər.

Rojas qeyd edib ki, bəzən ibuprofenin alternativi olmur, amma bu halda müəyyən ehtiyat tədbirləri görülməlidir. Dərmanı qəbul edərkən qan təzyiqini izləmək vacibdir, çünki ibuprofen onu yüksəldə bilər. Həmçinin maye balansını qorumaq böyrəkləri qorumağa və qan təzyiqinin ani yüksəlməsinin qarşısını almağa kömək edir.

Kardioloq dərmanı yeməkdən sonra qəbul etməyi, alkoqoldan uzaq durmağı və intensiv fiziki fəaliyyətdən çəkinməyi tövsiyə edib. "İbuprofen nə qədər qısa müddətdə və aşağı dozada qəbul edilərsə, ürək üçün bir o qədər təhlükəsiz olar," - deyə Rojas vurğulayıb.

Milli.az

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun