Tibbi xəbərlər
Elmdə yüksək sıçrayış:
Tibbi xəbərlər
219

Elmdə yüksək sıçrayış: Alimlər süni insan hüceyrələri yaradırlar

"Alimlər laboratoriyada canlı insan cinsi hüceyrələrinin yaradılması üzərində işləyirlər".

E-saglam.az xəbər verir ki, bunu Osaka Universitetinin inkişaf genetikası üzrə mütəxəssisi, professor Katsuhiko Hayaşi "The Guardian"a bu sahədə sürətli irəliləyişdən, məhz böyüklərdən dəri və ya qan hüceyrələrinin yumurta və spermaya çevrilməsindən danışarkən deyib.

"Bu "in vitro" qametogenez (IVG) kimi tanınan genetik hiylədir", - professor bildirib.

Hayaşi onun laboratoriyasının təxminən yeddi ildən sonra bu mərhələyə çatacağını proqnozlaşdırır. Şirkətin baş direktoru Sem Altman bildirib ki, laboratoriyada yumurta yetişdirmək əhalinin azalması ilə mübarizə üçün ən yaxşı vasitə ola bilər.

Məqalədə vurğulanır ki, IVG adətən yetkin insanın dəri və ya qan hüceyrələrinin genetik olaraq yenidən kök hüceyrələrə proqramlaşdırılması ilə başlayır və sonra bədəndəki istənilən hüceyrə növünə çevrilə bilər.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun