İsraillə İran arasında baş verən gərginlik zamanı İsrailin Rehovot şəhərindəki Veytsman İnstitutuna düşən İran raketi oradakı xərçəng tədqiqat laboratoriyasını tamamilə məhv edib.
E-saglam.az xəbər verir ki, bu barədə "İsrail Hayom" qəzeti məlumat yayıb.
Veytsman İnstitutu İranın ballistik raket zərbəsindən ən çox zərər çəkən yerlərdən biri olub. Onlardan ikisi institutun beş korpusunu sıradan çıxarıb. 52 elmi qrupun tədqiqatına zərər dəyib.
Qeyd edək ki, Veytsman İnstitutu dünyanın ən yaxşı tədqiqat institutlarından biri hesab olunur.
Oxu.az