Ağ paltarda görünən kiçik sarı ləkə belə geyimin görünüşünü korlaya bilər.
E-saglam.az xəbər verir ki, tər, yağlı yeməklər, meyvə suyu, dezodorant və hətta zaman keçdikcə saralmış parçalar bu problemin əsas səbəbləridir. Amma narahat olmağa dəyməz. Quru təmizləməyə getmədən də bu ləkələri çıxarmaq mümkündür. Mütəxəssislərin tövsiyə etdiyi üsulları təqdim edirik:
Tər ləkələri
Təzə tər ləkəsi üçün:
-
Ləkəni kağız dəsmalla silin.
-
Parçanı ferment əsaslı ləkə təmizləyicidə 1 saat isladın.
-
Yuyucu tozla, mümkün olan ən yüksək temperaturda yuyun.
Köhnə tər ləkəsi üçün:
-
1 stəkan suya 1 x.q. sirkə və ya 1 ç.q. limon turşusu qarışımı hazırlayın.
-
Ləkəyə çəkin, 30 dəqiqə saxlayın.
-
Oksigen əsaslı ağardıcı ilə yuyun.
Sidik ləkələri
Təzə ləkə:
-
Soyuq su ilə yuyun, sonra ferment təmizləyicidə isladın.
Köhnə ləkə:
-
Eyni tər ləkəsindəki üsuldan istifadə edin: sirkə və ya limon turşusu, sonra ağardıcı və yuma.
Yağlı yemək ləkələri
Təzə yağ:
-
Ləkəni salfetlə silin.
-
Qabyuyan maye və ya ləkə təmizləyici sürtün, yuyun.
Köhnə yağ:
-
Ağ spirt və ya həlledici ləkə təmizləyici istifadə edin (əvvəlcə parçanın gizli yerində yoxlayın).
-
Ləkəyə çəkin, sonra yuyun.
-
Zərif parçalar üçün bu üsul uyğun deyil!
Şirə və çay ləkələri
Təzə ləkə:
-
Soyuq su ilə yuyun, yuyucu toz məhlulunda bir neçə saat isladın.
Köhnə ləkə:
-
Sirkə və ya limon suyu çəkin.
-
Oksigen ağardıcı ilə yarım saat saxlayıb yuyun.
Zamanla saralan parçalar
-
Pambıq və kətanı isti (60–80°C) su, ağartıcı və yuyucu toz qarışımında gecədən sabaha qədər isladın.
-
Zərif parçalar üçün suyu 30–40°C-dən yüksək etməyin.
-
Sintetiklər üçün xüsusi ağardıcılar istifadə edin.
Dezodorant ləkələri
Təzə ləkə:
-
Nəm parça ilə silin, qabyuyan maye çəkin və yuyun.
Köhnə ləkə:
-
Sirkə və ya limon suyu çəkin.
-
Ağ spirt və ya gel təmizləyici ilə müalicə edin.
-
İsti suda yuyun (parçaya uyğundursa).
Dandelion (zəncirotu) ləkələri
Təzə ləkə:
-
Bıçaqla sarı qatını diqqətlə təmizləyin.
-
Soyuq su ilə yuyun.
-
Asetonsuz dırnaq təmizləyicisi və ya spirtlə silin, yuyun.
Köhnə ləkə:
-
Spirt və ya həlledici ilə müalicə edin.
-
Oksigen ağardıcı ilə yarım saat saxlayın və yuyun.
Əlavə məsləhətlər
-
Paltarın etiketini oxuyun: bəzi parçalar yalnız quru təmizləmə üçün uyğundur.
-
Təmizləyicini əvvəlcə parçanın görünməyən hissəsində sınaqdan keçirin.
-
Ləkəni mərkəzə doğru təmizləyin ki, yayılmasın.
-
Aqressiv sürtmədən çəkinin – parça zədələnə bilər.
Tərcümə: Könül Oruc