Xəbərlər
Qadından dünya rekordu: üç tonluq avtomobili
Xəbərlər
137

Qadından dünya rekordu: üç tonluq avtomobili dişləri ilə 13 metr sürüdü

Rusiyada qadın üç tonluq avtomobili dişləri ilə 13,5 m çəkərək dünya rekorduna nail olub.

E-saglam.az xəbər verir ki, Saxalin sakini avtomobili 41,33 saniyədə 13,5 m sürüyüb. Lyudmila Spirinanın nailiyyəti rəsmi olaraq qeydə alınaraq “İnterrekord” Beynəlxalq Qeydiyyat Agentliyinə göndərilib.

Rekordçunun çəkdiyi maşının çəkisi 3 tona yaxındır. Lyudmila ipin köməyi ilə maşını yerindən tərpətməyə nail olub. Rekord xatirinə idmançı il yarım məşq edib. Əzmkarlıq və qalib gəlmək istəyi onu əldən vermədi.

Lyudmila vurğuladı ki, o, məşqçisi Yevgeni Boroznının dəstəyi sayəsində məqsədə çata bildi, yeri gəlmişkən, onun da birdən çox rekordu var. Hazırlığı zamanı Spirina güc məşqlərinə və daha yüngül avtomobilləri hərəkət etdirmək cəhdlərinə diqqət yetirirdi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun