Yay aylarında sərinlənmək üçün tez-tez seçilən mineral su sadəcə təravətləndirici içki deyil, həm də orqanizm üçün vacib olan təbii mineral mənbəyidir.
E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edir: hər mineral su eyni deyil, tərkibinə diqqət yetirilmədikdə sağlamlıq üçün təhlükə yarada bilər.
Mineral suyun tərkibi nəyə görə önəmlidir?
Sodyum, bikarbonat, maqnezium, flor kimi minerallarla zəngin olan mineral sular bədəndə müxtəlif sistemlərə təsir edir.
– Yüksək maqnezium əzələlərin funksiyasını dəstəkləyir, həzmi yaxşılaşdırır.
– Bikarbonat mədə turşusunu tarazlayır, reflü şikayətlərini azaldır.
– Yüksək sodyum isə xüsusilə təzyiq problemi olan insanlar üçün riskli ola bilər.
Ən böyük səhv: etiket oxumadan içmək
Uzmanlar bildirir ki, bir çox insan mineral su alarkən onun etiketini oxumur. Halbuki bu etiketdə tərkibindəki mineral miqdarı açıq şəkildə göstərilir və bu məlumat sağlam seçim etmək üçün vacibdir.
Aromalı mineral sulardan çəkinin
Limonlu, şaftalılı kimi dadlandırılmış mineral suların bir çoxunda gizli şəkər var. Bu isə onların “sağlam içki” statusunu ciddi şəkildə zədələyir.
Sadə mineral su ən yaxşı seçimdir
Həkimlər gündə bir şüşə sadə mineral su içməyin, xüsusilə yayda tərlə itirilən mineralları bərpa etdiyini bildirir. Amma bu fayda yalnız düzgün və şüurlu istifadə ilə mümkündür.
Tərcümə: Könül Oruc