Tibbi xəbərlər
Suda boğulan şəxsə ilk yardım necə olmalıdır? -
Tibbi xəbərlər
172

Suda boğulan şəxsə ilk yardım necə olmalıdır? - Düzgün hərəkət can qurtarır

Suda boğulma ən çox görülən ölüm səbəblərindən biridir və kritik anda tez və düzgün hərəkət etmək çox vacibdir.

E-saglam.az xəbər verir ki, Piroqov Universitetinin Z.P.Solovyov adına Profilaktik Tibb İnstitutunun Fəlakət Təbabəti kafedrasının professoru Marina Kostyuçenko suda boğulan şəxsə ilkin tibbi yardımın necə göstəriləcəyini izah edib. 

"Suda ölümün əsas səbəbi tənəffüs və qan dövranının dayanması səbəbindən beyin hipoksiyasıdır. Boğulma tutma, infarkt, dalğıc xəsarətləri və hətta dayaz suda huşunu itirmə nəticəsində baş verə bilər.

Şəxs şüurludursa, xilasediciləri və təcili yardımı çağırmalısınız. Suyu öskürərək çıxarmasına kömək edin - qurbanı irəli əyin. Həkimlər gələnə qədər onu tək qoymayın".

1. Huşunun olub-olmadığını yoxlayın.

Zərərçəkəni kürəyi üstə yerə uzadın. Onu çiynindən yüngülcə silkələyin, adını çağıraraq ona müraciət edin. Cavab vermirsə, huşsuzdur.

2. Tənəffüs yollarının açıq olub-olmadığını qiymətləndirin.

Başını yavaşca arxaya əyərək çənəni qaldırın. Sonra 10 saniyə ərzində "eşit-gör-hiss et" üsulu ilə nəfəsini yoxlayın:

– nəfəs səsini eşitmək,

– sinənin qalxıb-enməsini görmək,

– yanağınızla nəfəsi hiss etmək.

Əgər tənəffüs varsa – insanın yan çevrilmiş vəziyyətdə saxlanılması tövsiyə olunur.

3. Əgər nəfəs almırsa, dərhal süni tənəffüs və ürək masajına başlayın.

Bu zaman 30 sinə basısı və 2 süni nəfəs verilməsi ardıcıllığını (30:2 nisbəti) tətbiq edin və təcili tibbi yardım çağırın.

Suda boğulma hallarında yardım 5 süni nəfəslə başlayır, sonra klassik alqoritm yerinə yetirilir, növbə ilə döş qəfəsinin 30 sıxılması və 2 süni nəfəs verilir.

Təcili tibbi yardım gələnə qədər və ya qurban nəfəs almağa başlayana qədər yardım davam etdirilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun