Tibbi xəbərlər
Ağcaqanad dişləməsi qadını
Tibbi xəbərlər
95

Ağcaqanad dişləməsi qadını komaya saldı

İrlandiyalı Emma Hikki ailəsi ilə birlikdə istirahət üçün getdiyi Tenerifedə gözlənilməz və ağır vəziyyətlə üzləşib.

E-saglam.az xəbər verir ki, 42 yaşlı qadın tətilin ikinci günü çoxsaylı ağcaqanad dişləmələrindən əziyyət çəkib. Onun ortağı Stiven Brougham deyib ki, qadının bədənində onlarca şişkin və ağrılı dişləmə izləri olub. Ağrıya görə tibbi yardım alan Hikkinin bədəninə ağrıkəsici iynə vurulub. Lakin bu müdaxilə vəziyyəti daha da ağırlaşdırıb.

Broughamın sözlərinə görə, Emma başgicəllənməsi hiss edərək pilləkəndən yıxılıb və huşunu itirib. Ardınca qıcolmalar başlayıb və qadın təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin diaqnozuna görə, Hikkinin qanında tromboz yaranıb və beynində laxtalanma əmələ gəlib. Beyindəki laxtaları çıxarmaq üçün təcili əməliyyat aparılıb, Emma süni komaya salınıb və süni nəfəs aparatına qoşulub. Eyni zamanda onun yıxılma zamanı boynu sınıb.

Qadının ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir və sağalması ilə bağlı proqnozlar hələlik qeyri-müəyyəndir. Hazırda onun ailəsi İspaniyada qalır və xəstəxananın yaxınlığında yerləşən oteldə yerləşdirilib.

Həkimlər bildirir ki, ağcaqanad dişləmələri bəzən ağır allergik və ya infeksion reaksiyalara səbəb ola bilər. Bu səbəbdən, belə hallarda sadə görünən simptomlar belə diqqətlə izlənməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun